...

Gürcüstanlı vəkillər Parlament qarşısında etiraz aksiyasına başlayacaqlar

Dünya xəbərləri Materials 12 May 2010 10:32 (UTC +04:00)
Gürcüstanlı vəkillər Seçki Məcəlləsinə dəyişikliklər edilməsi tələbi ilə bu gün Gürcüstan Parlamentinin binası qarşısında etiraz aksiyasına başlayacaqlar.
Gürcüstanlı vəkillər Parlament qarşısında etiraz aksiyasına başlayacaqlar

Gürcüstan, Tbilisi, 12 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanlı vəkillər Seçki Məcəlləsinə dəyişikliklər edilməsi tələbi ilə bu gün Gürcüstan Parlamentinin binası qarşısında etiraz aksiyasına başlayacaqlar.

Vəkillər Seçki Məcəlləsinə 10 bənddən ibarət düzəlişləri işləyib-hazırlayıblar.

Onların arasında 50 faizədək seçki baryerinin aradan qaldırılması, seçki administrasiyalarının paritet əsasda komplektləşdirilməsi və seçki siyahılarının dəqiqləşdirilməsi də var.

Artıq Parlamentə təqdim olunan təşəbbüsü 450 vəkil, o cümlədən, Gürcüstan Vəkillər Assosiasiyasının sədri Zaza Xatiaşvili də imzalayıb.

Xəbər lenti

Xəbər lenti