• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Dünya xəbərləri

"Yeni osmanlılar"ın qisası - Trend-in icmalçısı

13 May 2010 08:00 (UTC+04:00)
  • 0
  • 0

Trend -in Yaxın Şərq redaksiyasının rəhbəri Rufiz Hafizoğlu

Tarixən siyasi təlatümlərə və istefalara şahid olan Türkiyə bəlkə də Cümhuriyyət dönəminin ən böyük istefasının şahidi oldu. Türkiyə müxalifətinin lideri hesab edilən, hər zaman hökumət əleyhinə kəskin bəyanatları ilə seçilən Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykalın istefası siyasi dairələrin hakimiyyət uğrunda mübarizəsində yeni mərhələ başlatdı.

Əslində, yataq otağında gizli kamera ilə çəkilən görüntülərin yayımlanmasından sonra müxalifət liderinin istefa verəcəyi heç kimdə şübhə yaratmırdı və ehtimallar da doğruldu.

Bir çoxları Baykalın istefasını Türkiyədə iqtidar və müxalifət arasında "qan davası"nın bir hissəsi kimi də dəyərləndirdilər və müxalifət liderinin şəxsi həyatının gizli görüntülərinin çəkilməsində Amerikada siyasi mühacirətdə olan, AKP dönəmində isə bəraət qazandırılan və hakimiyyət dairələrində, xüsusi xidmət orqanları içində yetərincə tərəfdarı olan Fəthullah Gülənin durduğunu iddia etdilər.

Lakin eks-müxalifət lideri istefaöncəsi verdiyi şifrəli açıqlamada bunun Fəthullah Gülənlə heç bir əlaqəsi olmadığını, əksinə, baş verən hadisədən sonra iki tərəf arasında telefon danışığının olduğunu bildirdi.

Baykalın istefa qərarı hər nə qədər göz yaşları və alqışla qarşılansa da, müxalifət lideri Türkiyə ictimaiyyətini düşündürəcək ismarışlar verdi.

Ən maraqlı məqamlardan biri isə, Baykalın baş verənləri təkzib etməməsi, olanların ona qarşı təxribat olduğunu və hadisələrdə hakimiyyəti ittiham etməsi oldu.

Qarşı tərəf də öz növbəsində Baykala cavabını bir o qədər də gecikdirmədi və Baş nazir Ərdoğan hakimiyyətə edilən ittihamla razılaşmadığını bildirərək, hakimiyyətin ittiham edilməsinə görə, heyrət içində olduğunu bildirdi.

"Baş vermiş hadisə şəxsi məsələdir. Şəxsi məsələlərin müzakirə edilməsi bizim əxlaqımıza ziddir", - deyə Ərdoğan bildirdi.

Baş verənlərə və Türkiyədə son günlərin siyasi proseslərinə diqqətlə nəzər salınsa, müxalifətə məhz indi mənəvi zərbə vurulmasının təsadüf olmadığını görmək mümkündür.

Çünki digər siyasi partiyalardan fərqli olaraq, CHP Türkiyədə konstitusiya dəyişikliyinin və demokratiya adına atılan islahatların - demokratik açılım, konstitusiya dəyişikliyinin qəti əleyhinə idi.

Digər tərəfdən isə, Türkiyədə növbəti parlament seçkilərinə bir il qalır. Parlament seçkilərində isə hakimiyyətin, demək olar, yeganə və ciddi rəqibi Baykalın simasında Cümhuriyyət Xalq Partiyası idi.

İstefadan sonra isə ən çox müzakirə edilən mövzulardan biri - Baylakın müqəddəs kürsüsünü kimə təslim edəcəyi məsələsi idi.

Bir çoxları ana müxalifətin atası hesab edilən Baykalın yerinə, siyasətdə digərlərindən daha təcrübəli olan Kamal Kılıçdaroğlunun olacağını ehtimal etsələr də, müqəddəs kürsü Cevdet Selviyə təhvil verildi.

Yeni lider Cevdet Selvinin siyasi arenada Baykal kimi uğurlu siyasət yürüdəcəyi sual altındadır. Xüsusən də yaxınlaşmaqda olan parlament seçkiləri öncəsi.

Baykalın istefası, sözün əsl mənasında, Türkiyə müxalifətinə ciddi zərbə olsa da, hakimiyyət üçün də qara ləkədir.

Çünki baş verən hadisədə müxalifətin eks-lideri Dəniz Baykal iqtidarı günahlandırdı.

Təbii ki, Ərdoğanın simasında AKP hakimiyyəti baş verənlərlə əlaqəsi olmadığını tez bir zamanda isbat etməlidir.

İqtidar-müxalifət savaşında ilk zərbənin müxalifətə dəyməsi gün kimi aydındır. Yəqin ki, hadisələrin hansı məcrada inkişaf edəcəyini bir o qədər də gözləmək lazım olmayacaq.

Bəlkə də bu, "yeni osmanlılar" vaxtilə edam edilən Adnan Menderesin, ölkədən küsdürülən Fətullah Gülənin, "milli görüşçü" Nəcməddin Ərbakanın və dünyanın ən demokratik parlamentlərindən biri hesab edilən Türkiyə Parlamentindən "Dışarı!" deyərək qovulan Mərvə Kavakçının qisasını almaqdadır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper
Kateqoriyasında olan digər xəbərlər
Türkyə Afrində uşaq xəstəxanası açıb
Dünya xəbərləri 21:24
Ermənistanda baş nazir vəzifələrini müvəqqəti icra edən məlum oldu - KİM?
Dünya xəbərləri 18:19
Rusiya XİN Ermənistandakı vətəndaşlarına xəbərdarlıq edib
Dünya xəbərləri 17:42
Serj Sarkisyan istefa verdi: "Mən səhv etdim" (YENİLƏNİB)
Dünya xəbərləri 16:19
Türkiyədə PKK silahlıları ilə hərbçilər arasında atışma baş verib
Dünya xəbərləri 16:11
İranda banklara bitkoindən istifadə etmək qadağan olundu
Dünya xəbərləri 15:47
Ermənistan Müdafiə Nazirliyindən nümayişçilərə qoşulan hərbçilərlə bağlı AÇIQLAMA
Dünya xəbərləri 14:48
Yerevanda etirazçılara hərbi formalı şəxslər də qoşuldu
Dünya xəbərləri 14:09
Kriptovalyuta bazarı bahalaşmaqda davam edir
Dünya xəbərləri 12:56
"Taliban"çıların silahlı hücumları: 16 ölü
Dünya xəbərləri 11:50
Ərəb koalisiyası Yəməni bombaladı: 20 nəfər öldü, 40-ı yaralandı
Dünya xəbərləri 10:53
Yerevanda etiraz aksiyası bərpa olundu
Dünya xəbərləri 10:44
Ermənistanda etiraz aksiyasının rəhbərinin harada olduğu məlum deyil
Dünya xəbərləri 10:33
Kem Çen In razılıq verdi - ABŞ onun nüvə poliqonlarını yoxlayacaq
Dünya xəbərləri 09:48
Ermənistanda etiraz aksiyalarında 7 nəfər xəsarət alıb
Dünya xəbərləri 09:11
Uçuş zamanı təyyarənin illüminatoru çıxdı - 3 nəfər xəsarət aldı
Dünya xəbərləri 08:20
Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başlayıb
Dünya xəbərləri 06:48
Kabildə partlayış qurbanlarının sayı 57-ə çatıb
Dünya xəbərləri 03:40
Ən çox oxunanlar
Modern Diplomacy: İlham Əliyev - İslam dünyasının fenomeni
Modern Diplomacy: İlham Əliyev - İslam dünyasının fenomeni
Rezidentura təhsilini təşkil edə biləcək təhsil müəssisələrinin adları müəyyənləşdirilib
Erməni artistlər fəxri adlardan imtına edirlər
Paytaxtda tıxac var - SƏBƏBİ: bu küçə və prospektlər bağlandı (SİYAHI)
Nəzər nöqtəsi
"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...

"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...

Elxan Süleymanov: AŞ PA-da Azərbaycana qarşı korrupsiya iddiaları iflasa uğradı
Deputat: Son 15 ildə Azərbaycan bütün sahələrdə böyük uğurlar əldə edib və bu uğurlar davam etməkdədir
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter