...

Protokollardan imtina nə Türkiyə, nə də Ermənistanın maraqlarına daxil deyil - XİN rəhbəri Davudoğlu

Dünya xəbərləri Materials 13 May 2010 19:18 (UTC +04:00)
Nə Türkiyə, nə də Ermənistan Yerevan-Ankara protokollarının ratifikasiyasından imtina etməklə heç nə qazanmayacaqlar.
Protokollardan imtina nə Türkiyə, nə də Ermənistanın maraqlarına daxil deyil - XİN rəhbəri Davudoğlu

Nə Türkiyə, nə də Ermənistan Yerevan-Ankara protokollarının ratifikasiyasından imtina etməklə heç nə qazanmayacaqlar. Bu barədə Türkiyə kanalı Habertürkə müsahibəsində xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

"Protokollardan imtina Türkiyə və Ermənistanın maraqlarına cavab vermir", - XİN rəhbəri deyib.

Türkiyənin "Milliyyət" qəzeti yazır ki, cümə axşamı Davudoğlu ABŞ-ın dövlət katibi Hillari Klintonla telefon danışıqları aparacaq.

Aprel ayında Prezident Serj Sarkisyan ötən ilin oktyabr ayında Türkiyə və Ermənistan arasında əlaqələrin normallaşması haqqında imzalanmış protokolların ölkə parlamentində ratifikasiya prosedurlarının dayandırılması barədə fərman verib.

Sarkisyan "milli maraqları" protokolların ratifikasiya prosesinin müvəqqəti dayandırılmasına arqument kimi göstərib.

İki ölkə arasındakı əlaqələrin pozulmasına və 1993-cü ildə türk-erməni sərhədlərinin bağlanması səbəb Yerevanın dünyada "erməni soyqırımı"nı tanıtması cəhdləri və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi olub.

Xəbər lenti

Xəbər lenti