...

Prezident Mixail Saakaşvili iranlı həmkarını Gürcüstana səfərə dəvət edib

Dünya xəbərləri Materials 15 May 2010 13:04 (UTC +04:00)
Prezident Mixail Saakaşvili İranın Gürcüstandakı yeni səfiri Məcid Sabirlə görüş zamanı iranlı həmkarı Mahmud Əhmədinejadı Tbilisiyə rəsmi səfərə dəvət edib.
Prezident Mixail Saakaşvili iranlı həmkarını Gürcüstana səfərə dəvət edib

Prezident Mixail Saakaşvili İranın Gürcüstandakı yeni səfiri Məcid Sabirlə görüş zamanı iranlı həmkarı Mahmud Əhmədinejadı Tbilisiyə rəsmi səfərə dəvət edib. Məlumatı MEHR agentliyi yayıb.

Məlumata görə, Sabir cümə günü Saakaşvili ilə görüşüb və ona etimadnaməsini təqdim edib.

Gürcüstan Prezidenti bildirib ki, iki ölkənin yüksəkvəzifəli nümayəndələrinin qarşılıqlı səfərləri zamanı viza rejiminin ləğv olunması və Batumidə İran konsulluğunun açılması məsələlərinin müzakirəsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti