...

Acarıstanda I-II əsrlərə aid şərab qabı tapılıb

Dünya xəbərləri Materials 18 May 2010 20:26 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 may /Trend, müxbir N.Kirsxaliya/

Acarıstanın Xelvaçauri rayonunun Maxo kəndində unikal bir kəşf olub: yerli sakin yaşı təxminən 20 əsr olan şərab qabı tapıb.

İlkin tədqiqatlara əsasən, bu qabın I-II əsrlərə aid olduğu müəyyən edilib. Arxeoloqlar zənn edirlər ki, Maxo kəndində digər nadir kəşflər də ortaya çıxa bilər.

Qabın tapıldığı yerdə arxeoloji qazıntılara başlanılacaq. Artıq ətraf yerlərin öyrənilməsinə başlanılıb.

Xəbər lenti

Xəbər lenti