...

Türkiyə Prezidenti Skype vasitəsilə xalqa müraciət edəcək

Dünya xəbərləri Materials 19 May 2010 16:49 (UTC +04:00)
Türkiyə Prezidenti Abdulla Gül özünə beynəlxalq internet şəbəkəsində Skype ünsiyyət istifadəçisi səhifəsi açıb.
Türkiyə Prezidenti Skype vasitəsilə xalqa müraciət edəcək

Türkiyə Prezidenti Abdulla Gül özünə beynəlxalq internet şəbəkəsində Skype ünsiyyət istifadəçisi səhifəsi açıb. Bu barədə CNN Turk məlumat yayıb.

Yaxın iki həftə ərzində Türkiyə Prezidenti istifadəçilər arasında səsli, virtual əlaqəni təmin edən IP-telefoniya proqramının istifadəçilərindən biri olmağı planlaşdırır.

Prezident Gül bu yolla xalqa daha yaxın olmaq və daimi ünsiyyətdə olmaq niyyətindədir. CNN Turk yazır.

Bu, Türkiyə Prezidentinin virtual ünsiyyət şəbəkəsindən istifadə etməsi ilə bağlı ilk hal deyil. O, həmçinin 105 milyondan artıq istifadəçiyə qısa mətn qeydləri göndərməyə imkan verən və mikrobloqlar sistemini özündə ehtiva edən Twitter internet saytının da pərəstişkarıdır. Eyni zamanda, Türkiyə KİV yazır ki, Prezident Gül digər bloq-portalların, MSN və Facebook-un xidmətlərindən nadir hallarda istifadə edir.

Xəbər lenti

Xəbər lenti