...

Zonquldağdakı mədəndə partlayışda həlak olan 28 fəhlənin cəsədi aşkar edilib

Dünya xəbərləri Materials 20 May 2010 11:58 (UTC +04:00)
Türkiyənin Xilasetmə Xidməti Qara dəniz əyalətində yerləşən Zonquldağdakı Qaradom kömür mədənində metan qazının partlaması nəticəsində həlak olan 28 türk fəhləsinin cəsədini aşkar edib. Bu barədə energetika naziri Taner Yıldız məlumat verib, - CNN Turk xəbər verir.
Zonquldağdakı mədəndə partlayışda həlak olan 28 fəhlənin cəsədi aşkar edilib

Türkiyənin Xilasetmə Xidməti Qara dəniz əyalətində yerləşən Zonquldağdakı Qaradom kömür mədənində metan qazının partlaması nəticəsində həlak olan 28 türk fəhləsinin cəsədini aşkar edib. Bu barədə energetika naziri Taner Yıldız məlumat verib, - CNN Turk xəbər verir.

Partlayış bazar ertəsi 540 metr dərinlikdə baş verib, nəticədə, mədənin 30 fəhləsinin ətraf aləmlə əlaqəsi kəsilib.

Türkiyənin kömür mədənlərində partlayışların tez-tez baş verməsi ilə əlaqədar Prezident Abdullah Gül çərşənbə günü mədənlərin fəaliyyətinin və təhlükəsizlik qaydalarına əməl olunmasının diqqətlə araşdırılması barədə göstəriş verib.

Türkiyənin mədənlərində, əsasən, avadanlıqların köhnəlməsi, metan qazının həddindən artıq toplanması üzündən qəzalar kifayət qədər tez-tez baş verir. Türkiyədə ən iri qəza 1992-ci ildə Zonquldağda baş verib. O zaman metan qazının partlaması nəticəsində 270 nəfər həlak olmuşdu.

Bu ilin fevralında ölkənin şimal-qərbindəki Balıkəsir əyalətində yerləşən kömür mədənində metan qazının partlaması nəticəsində 17 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti