...

İran bazar ertəsi BAEA-ya məktub göndərəcək

Dünya xəbərləri Materials 22 May 2010 12:53 (UTC +04:00)
İranın təhlükəsizliyi üzrə Yuxarı Şuranın mətbuat xidmətindən verilən məlumata görə, bazar ertəsi Tehran BAEA-ya mayın 17-də Braziliya, Türkiyə və İran arasında uranın mübadiləsi barədə imzalanmış sazişin detallarını özündə birləşdirən rəsmi məktub göndərəcək, - Fars informasiya agentliyi xəbər verir.
İran bazar ertəsi BAEA-ya məktub göndərəcək

İranın təhlükəsizliyi üzrə Yuxarı Şuranın mətbuat xidmətindən verilən məlumata görə, bazar ertəsi Tehran BAEA-ya mayın 17-də Braziliya, Türkiyə və İran arasında uranın mübadiləsi barədə imzalanmış sazişin detallarını özündə birləşdirən rəsmi məktub göndərəcək, -  Fars informasiya agentliyi xəbər verir.

Mayın 17-də İran və Türkiyə 1 200 kq zənginləşdirilmiş uranın Türkiyə ərazisində 20 faizli yanacaqla mübadiləsi barədə saziş imzalayıblar. İranın zənginləşdirilmiş uranı Tehranla BAEA arasında müvafiq saziş imzalandıqdan sonra, bir ay müddətində Türkiyəyə göndərilə bilər.

Məktub İranın BAEA-dakı nümayəndəsi Əli Əsgər Soltaniyəni, onun Türkiyə və Braziliyadan olan həmkarlarını təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti