...

Türkiyədə baş vermiş yol qəzası nəticəsində çoxsaylı insan tələfatı var (ƏLAVƏ OLUNUB-2)

Dünya xəbərləri Materials 25 May 2010 11:39 (UTC +04:00)
Türkiyənin Antalya şəhərində baş vermiş ağır yol qəzası nəticəsində avtobus aşıb - 11 turist həlak olub, 25-i xəsarət alıb, - CNN Turk saytı xəbər verir.
Türkiyədə baş vermiş yol qəzası nəticəsində çoxsaylı insan tələfatı var (ƏLAVƏ OLUNUB-2)

Türkiyənin Antalya şəhərində baş vermiş ağır yol qəzası nəticəsində avtobus aşıb - 11 turist həlak olub, 25-i xəsarət alıb, - CNN Turk saytı xəbər verir.

Turistlərin şəxsiyyətləri hələlik məlum deyil, qəza qurbanlarının sayının artacağı güman edilir. Qəza baş verən yerdə xilasetmə briqadaları çalışır.

Xəsarət alanlar arasında üç uşağın olduğu bildirilir. Məlumatlara görə, avtobus sərnişinləri rusiyalı turistlər olub,  - Türkiyə qəzeti "Milliyyət" yazır.

Hadisə Aksu qəzasında, turist avtobusunun Alanya şəhərindən Pamukkale turizm mərkəzinə yola düşməsi zamanı baş verib, - "RİA-Novosti" xəbər verir. Polis əməkdaşlarının ilkin məlumatlarına görə, hadisəyə səbəb sürücünün sükan arxasında yuxuya getməsi olub və avtobus 15 metr hündürlükdən Aksu çayına aşıb.Turistlərin əksəriyyətinin Rusiya vətəndaşı olduğu ehtimal olunur, - Rusiya agentliyi xəbər verir.

Hadisə yerinə təcili yardım maşınları göndərilib və xəsarət alanlara lazımı tibbi yardım göstərilib. Qəza ilə bağlı araşdırmalar aparılır.

NTV televiziya kanalının verdiyi məlumata görə, hadisə qurbanlarının sayı getdikcə arta bilər; belə ki, baş vermiş ağır qəza nəticəsində avtobus "bir yığın metal"a çevrilib. Xilasedicilər tələf olanları və yaralıları xüsusi texnika, o cümlədən, iki qaldırıcı kran vasitəsilə maşından çıxarmağa çalışırlar.

Son məlumatlara görə, qəza baş verən rayonda altıkilometrlik tıxac yaranıb.

Xəbər lenti

Xəbər lenti