...

İranda müxalifyönlü kinorejissor maliyyə müqabilində girovla azadlığa buraxılacaq

Dünya xəbərləri Materials 25 May 2010 14:35 (UTC +04:00)
İranlı kinorejissor Cəfər Pənahi bu gün girov müqabilində azadlığa buraxılacaq. Bunu Cəfər Pənahinin həyat yoldaşı Tahirə Səidi bildirib. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat yayıb.
İranda müxalifyönlü kinorejissor maliyyə müqabilində girovla azadlığa buraxılacaq

İranlı kinorejissor Cəfər Pənahi bu gün girov müqabilində azadlığa buraxılacaq. Bunu Cəfər Pənahinin həyat yoldaşı Tahirə Səidi bildirib. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Tahirə Səidi bildirib ki, Pənahinin azadlığa buraxılması üçün 200 min dollar dəyərində girov qoyulacaq. "Tehran Prokurorluğundan bizə verilən məlumata əsasən, Pənahi bu axşam saat 7-dən sonra azadlığa buraxılacaq", - deyə xanım Səidi deyib.

Cəfər Pənahi həbsdə olduğu üçün Kann kinofestivalına qatıla bilməyib. Kann, Venesiya və Berlində nüfuzlu kinofestivalların qalibi olan Cəfər Pənahi İran müxalifətinin tərəfdarı kimi tanınır. Pənahi mart ayının əvvəlində öz qızının evində ailə üzvləri və 15 qonaqla birlikdə həbs olunmuşdu. Onunla həbs olunan şəxslər azadlığa buraxılsalar da, Pənahi indiyədək Evin həbsxanasında saxlanılırdı.

On gün əvvəl Cəfər Pənahi ailə üzvləri və vəkili ilə görüş verilməsi tələbi ilə aclıq elan etmişdi.

Xəbər lenti

Xəbər lenti