...

İranda 21 min nəfərdə HİV virusu aşkar edilib

Dünya xəbərləri Materials 27 May 2010 16:22 (UTC +04:00)
İranda 21 min nəfərdə HİV virusu aşkar edilib.
İranda 21 min nəfərdə HİV virusu aşkar edilib

Azərbaycan, Bakı, 27 may /Trend/

İranda 21 min nəfərdə HİV virusu aşkar edilib. Bunu İranın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (Behzisti təşkilatı) ictimai məsələlər üzrə şöbə müdiri Həsən Musəvi ölkənin Sənəndəc şəhərində keçirilən ictimaiyyət üçün böyük təhlükə hesab edilən məsələlərə həsr olunmuş konfransda deyib. Məlumatı FARS xəbər agentliyi yayıb.

Onun sözlərinə görə, həmin şəxslərdən 13,5 faizi cinsi yolla bu virusa yoluxub.

Musəvi ölkədə boşanma hallarının əvvəlki illərlə müqayisədə 17 faiz artdığnı bəyan edib.

"Ötən il ərzində nikahların sayında 1 faiz artım olduğu halda, boşanmalarda bu göstərici 17 faiz təşkil edib", - Musəvi deyib.

Musəvi deyib ki, Behzisti təşkilatına müraciət edənlərin 20 faizi internet vasitəsilə və ya ictimai yerlərdə tanış olaraq evlənənlərdir.

Musəvi bildirib ki, İranda cinayət törətdikləri üçün məhkum olunmuş uşaqların 90 faizi boşanmış ailələrdən olan uşaqlardır. O qeyd edib ki, İranda məhkum olunanların böyük əksəriyyətini 14-25 yaşlı gənclər təşkil edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi hesab edir ki, ölkədə ictimai problemlərlə mübarizədə dini və mədəni potensialdan istifadə olunarsa, bu kimi problemlərin həllində irəliləyişə nail olmaq mümkündür.

2009-cu ilin əvvəllərinə olan rəsmi statistik məlumatlara görə, İranda 18 mindən çox insan HİV-ə yoluxub. Qeyri-rəsmi statistik məlumatlara əsasən, bu xəstəliyə 70-100 min nəfər yoluxub ki, onların böyük hissəsi də indiyədək müəyyən edilməyib.

HİV nadir xəstəliklərdəndir ki, İranda bir sıra mental və dini səbəblərə görə gizli saxlanılıb, eləcə də insanlar bu xəstəliyin necə yayılması haqqında məlumatsız olduqlarından, bu ölkədə HİV-ə yoluxanların sayı kəskin artıb.

Xəbər lenti

Xəbər lenti