...

İranda neft quyusunda partlayış olub, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 29 May 2010 11:53 (UTC +04:00)
Bu gün səhər saat 06:30 radələrində İranın Kirmanşah əyalətinin Qəsri-Şirin şəhərində "Neft şəhr" yatağındakı neft quyusunda partlayış baş verib.
İranda neft quyusunda partlayış olub, ölən və yaralananlar var

Bu gün səhər saat 06:30 radələrində İranın Kirmanşah əyalətinin Qəsri-Şirin şəhərində "Neft şəhr" yatağındakı neft quyusunda partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb. Bu barədə Trend İranın ILNA xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, xəsarət alanlardan 4 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxşdir.

Partlayış nəticəsində güclü yanğın baş verib və yanğınsöndürənlər yanğının söndürülməsində çətinlik çəkirlər.

Qəsri-Şirin şəhərinin fərmandarı (icra başçısı) Bəhram Teymuri bildirib ki, hadisənin baş verdiyi neft quyusu digər quyulardan uzaqda yerləşdiyi üçün yataqda olan digər quyuları yanğın təhlükəsi gözləmir.

Teymuri əlavə edib ki, hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil, lakin ekspertlərin fikrincə, partlayışa səbəb neft sızmasıdır.

Xəbər lenti

Xəbər lenti