...

Tbilisiyə Asiya-Sakit okean bölgəsinin ticarət-sənaye palatalarının nümayəndələri gələcək

Dünya xəbərləri Materials 29 May 2010 14:21 (UTC +04:00)
Mayın 29-31-də Sakit okean regionu ticarət-sənaye palataları Konfederasiyasının (CACCI) nümayəndə heyəti Gürcüstanda səfərdə olacaq.
Tbilisiyə Asiya-Sakit okean bölgəsinin ticarət-sənaye palatalarının nümayəndələri gələcək

Gürcüstan, Tbilisi, 29 may /Trend, müxbir N.Kirsxaliya/

Mayın 29-31-də Sakit okean regionu ticarət-sənaye palataları Konfederasiyasının (CACCI) nümayəndə heyəti Gürcüstanda səfərdə olacaq.

Nümayəndə heyətinin tərkibində CACCI-nin prezidenti Xarvi Çanq, vitse-prezidentlər Benedikto Yudjuiko, Mehdi Faher, baş direktor Vebster Kyanq və b. var.

Səfər çərçivəsində nümayəndə heyəti Gürcüstanın Baş naziri Nika Qilauri və iqtisadiyyat naziri Zurab Pololikaşvili ilə görüşəcək.

Mayın 31-də saat 10:00-da "Tbilisi Mariott"da nümayəndə heyətinin üzvləri gürcü iş adamları, bank sektoru, telekommunikasiya, turizm sahəsi və azad iqtisadi zonaların nümayəndələri ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti