...

Türkiyədə İsrailin beynəlxalq humanitar yardım donanmasına qarşı hərəkətlərinə görə güclü mitinqlər keçirilir (Əlavə olunub)

Dünya xəbərləri Materials 31 May 2010 11:34 (UTC +04:00)
Bu saatlarda İsrailin Ankaradakı səfirliyi qarşısında Qəzza sektoruna yüzlərlə hüquq müdafiəçisi və minlərlə ton yük daşıyan beynəlxalq humanitar yardım donanmasına münasibətdə İsrail hərbçilərinin hərəkətlərinə qarşı güclü mitinq keçirilir. Bu barədə "Cihan" agentliyi xəbər verir.
Türkiyədə İsrailin beynəlxalq humanitar yardım donanmasına qarşı hərəkətlərinə görə güclü mitinqlər keçirilir (Əlavə olunub)

Bu saatlarda İsrailin Ankaradakı səfirliyi qarşısında Qəzza sektoruna yüzlərlə hüquq müdafiəçisi və minlərlə ton yük daşıyan beynəlxalq humanitar yardım donanmasına münasibətdə İsrail hərbçilərinin hərəkətlərinə qarşı güclü mitinq keçirilir. Bu barədə "Cihan" agentliyi xəbər verir.

Mitinq zamanı nümayişçilərlə polis arasında ciddi toqquşmalar baş verib; hüquq-mühafizə orqanları aksiyanın dağıdılması üçün su şırnaqlarından istifadə edirlər.

Bazar ertəsi İsrail hərbçiləri beynəlxalq donanmanın gəmilərinə hücum ediblər. Nəticədə, 10-a yaxın insan həlak olub. Bu barədə "RİA-Novosti" agentliyi üzgüçülüyün informasiya təminatı ilə məşğul olan www.witnessgaza.com internet-saytına istinadən məlumat verib.

CNN Turk telekanalı xəbər verir ki, minlərlə etirazçı İsrailin İstanbuldakı səfirliyini hücumla ələ keçirməyə cəhd göstərir. Lakin türk polisi buna yol verməmək və binanın ələ keçirilməsinin qarşısını almaq məqsədilə təhlükəsizlik tədbirlərini gücləndirib. Bu barədə Türkiyə telekanalları xəbər verir.

Bu arada Türkiyə XİN İsrail hərbçilərinin hərəkətlərini kəskin pisləyərək, onları "qəbuledilməz" adlandırıb və İsrail hökumətindən rəsmi izahat tələb edib. Bu barədə idarənin buraxdığı xüsusi bəyanatda deyilir.

CNN Turk telekanalının məlumatına görə, Türkiyə XİN İsrailin Ankaradakı səfiri Qabi Levini izahat vermək üçün çağırıb.

"Azadlıq donanması"nın tərkibinə altı gəmi daxildir. Onlar mühasirədə olan Qəzzaya, ən azı, 600 hüquq müdafiəçisi və 10 min ton humanitar yük daşıyıblar. İsrail bundan əvvəl də karvanı hədələmişdi. O, gəmiləri yedəyə alaraq, öz limanlarından birinə gətirəcəyini və səfər iştirakçılarını deportasiya edəcəyini açıqlayaraq, Qəzza sektoruna yaxınlaşmağı qadağan etmişdi.

Xəbər lenti

Xəbər lenti