...

Türkiyə İsraildəki səfirini geri çağırır (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 31 May 2010 16:14 (UTC +04:00)
Türkiyə İsraildəki səfiri Oğuz Çelikkolu geri çağırır. Bunu Türkiyə Baş nazirinin köməkçisi Bülənt Arınc Ankarada mətbuat konfransında deyib.
Türkiyə İsraildəki səfirini geri çağırır (ƏLAVƏ OLUNUB)

RED. əlav.: ikinci abzasdan sonra əlavə olunub

Türkiyə İsraildəki səfiri Oğuz Çelikkolu geri çağırır. Bunu Türkiyə Baş nazirinin köməkçisi Bülənt Arınc Ankarada mətbuat konfransında deyib. Məlumatı CNN Turk telekanalı yayıb.

Buna səbəb İsrail Hərbi Dəniz Qüvvələrinin Qəzza sektoruna yardım daşıyan beynəlxalq humanitar donanmaya hücumu və nəticədə 19 nəfərin həlak olmasıdır. Həlak olanlardan əksəriyyəti Türkiyə vətəndaşlarıdır. Türkiyə KİV məlumat verir ki, türk gəmilərinin göyərtəsində Türkiyə Böyük Millət Məclisinin deputatları da olub.

Türkiyənin dövlət naziri Bülənt Arınc deyib ki, rəsmi şəxslərin bəyanatlarına baxmayaraq, beynəlxalq gəmilərin göyərtəsində heç bir silah olmayıb.

"Azadlıq donanması"nın tərkibinə altı gəmi daxildir. Gəmilərin göyərtlərində Avropa və ərəb ölkələrindən olan təxminən 600 hüquq müdafiəçisi, eləcə də onlarla deputat olub. Aksiya İrlandiya, İsveç, Yunanıstan, Türkiyə, Əlcəzair və Küveytin hüquq müdafiəçiləri tərəfindən təşkil edilib. Onlar Qəzza sektoruna 10 min ton humanitar yardım, eləcə də dərmanlar və tikinti materialları çatdırmaq niyyətində olublar.

İsrail HDQ iddia edir ki, ərəb və türk KİV-in yazdığı kimi 15 və 19 nəfər deyil, on nəfər həlak olub. Elə həmin mənbənin sözlərinə görə, səbəb hüquq müdafiəçilərinin İsrail hökuməti ilə diplomatik danışıqlar aparmaqdan imtina etməsi və israilli dəniz sərhədçilərinə bıçaq və dəyənəklərlə silahlı hücum olub.

Xəbər lenti

Xəbər lenti