...

Tehran bəyannaməsi danışıqların əsasıdır – İran səfiri

Dünya xəbərləri Materials 1 İyul 2010 16:13 (UTC +04:00)
İranın dinc nüvə proqramı üzrə gələcək danışıqlar nüvə yanacağının mübadiləsi barədə Tehran bəyannaməsində qeyd olunmuş şərtlərə əsaslanmalıdır.
Tehran bəyannaməsi danışıqların əsasıdır – İran səfiri

İranın dinc nüvə proqramı üzrə gələcək danışıqlar nüvə yanacağının mübadiləsi barədə Tehran bəyannaməsində qeyd olunmuş şərtlərə əsaslanmalıdır. Bunu İranın İtaliyadakı səfiri Məhəmməd Əli Hüseyni deyib. Məlumatı Press TV yayıb.

Hüseyninin sözlərinə görə, hazırda İran Tehran bəyannaməsi çərçivəsində danışıqların gəkləcəkdə davam etdirilməsi üçün müxtəlif variantları gözdən keçirir.

O, həmçinin qeyd edib ki, İslam Respublikası beynəlxalq qanun və nüvə silahının yayılmaması barədə müqaviləyə uyğun olaraq, nüvə enerjisinə sahib olmaq hüquqları üzərində durmağa davam edəcək və bu günə qədər Tehran son dərəcə səmimiliyini nümayiş etdirən addımlar atıb.

"Lakin İranın bütün fəaliyyəti bir çox ölkələrin yanlış fikrə əsaslanma siyasətinə görə çıxılmaz vəziyyətə düşüb", - səfir qeyd edib.

Hüseyni Qərbi İranın nüvə proqramı ilə bağlı ikiüzlülük və ikili standartlarda ittiham edib.

Mayın 17-də İran və Türkiyə 1200 kq zəif zənginləşdirilmiş uranın Türkiyə ərazisində 20 faizlik yanacaqla mübadiləsi barədə bəyannamə imzalayıblar. İranın zəif zənginləşdirilmiş uranı Tehranla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında müvafiq sazişin imzalanmasından sonra bir ay müddətində Türkiyəyə göndərilə bilər.

Xəbər lenti

Xəbər lenti