...

Klinton Yerevanda Ermənistan - Türkiyə protokollarını müzakirə edəcək

Dünya xəbərləri Materials 1 İyul 2010 14:20 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Hillari Klinton iyulun 4-də Yerevana edəcək səfəri zamanı Ermənistan rəhbərliyi ilə Ermənistan - Türkiyə münasibətlərinin normallaşdırılması perspektivlərini müzakirə edəcək. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordona istinadən Türkiyənin "Hürriyyet" qəzeti yazıb.
Klinton Yerevanda Ermənistan - Türkiyə protokollarını müzakirə edəcək

ABŞ-ın dövlət katibi Hillari Klinton iyulun 4-də Yerevana edəcək səfəri zamanı Ermənistan rəhbərliyi ilə Ermənistan - Türkiyə münasibətlərinin normallaşdırılması perspektivlərini müzakirə edəcək. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordona istinadən Türkiyənin "Hürriyyet" qəzeti yazıb.

"Biz hesab edirik ki, protokolların ratifikasiyası, onların həyata keçirilməsi, Türkiyə və Ermənistan arasında sərhədlərin açılması hər iki tərəf və eləcə də region üçün əlverişli olardı", - Qordon jurnalistlərə bildirib. - "Mən əminəm ki, Ermənistan - Türkiyə münasibətlərinin normallaşdırılması dövlət katibinin Yerevana səfəri zamanı müzakirə ediləcək".

İyulun 4-dən 5-dək Cənubi Qafqaza ilk səfər edəcək dövlət katibi Klinton ötən ilin oktyabrında Sürixdə Yerevan və Ankara arasında münasibətlərin normallaşdırılması üzrə protokolların imzalanma mərasimində iştirak edib.

Protokollar hər iki ölkənin xarici işlər nazirləri - Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən imzalanıb.

Münasibətlərin pozulmasına və 1993-cü ildə Türkiyə - Ermənistan sərhədlərinin bağlanmasına səbəb, Yerevanın dünyada "erməni soyqırımı"nı tanınmasına iddia etməsi və erməni qoşunlarının Azərbaycan ərazilərini işğal etməsi olub.

Apreldə Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə ilə protokolların ratifikasiya edilməsi prosesinin dayandırılması barədə fərman imzalayıb.

Qordonun sözlərinə görə, Klintonun Yerevana səfəri zamanı prezident Sarkisyanla yaranan vəziyyət barədə danışmağa imkanı olacaq.

"Türkiyə ratifikasiyaya hazır olan kimi, Ermənistan prosesə qoşulacaq. Biz əvvəlki kimi hesab edirik ki, protokolların ratifikasiyası və sərhədlərin açılması həm Türkiyənin, həm də Ermənistanın maraqlarına cavab verir", - Qordon qeyd edib.

Xəbər lenti

Xəbər lenti