...

Sanksiyalar Rusiyanın C-300 komplekslərini İrana təchiz etməyi qadağan etmir – parlamentin spikeri

Dünya xəbərləri Materials 2 İyul 2010 20:39 (UTC +04:00)
BMT-nin yeni sanksiyaları Rusiyanın hava hücumundan müdafiə üzrə zenit-raket komplekslərini (C-300) İrana 2007-ci il razılaşması çərçivəsində təchiz etməyi qadağan etmir.
Sanksiyalar Rusiyanın C-300 komplekslərini İrana təchiz etməyi qadağan etmir – parlamentin spikeri

BMT-nin yeni sanksiyaları Rusiyanın hava hücumundan müdafiə üzrə zenit-raket komplekslərini (C-300) İrana 2007-ci il razılaşması çərçivəsində təchiz etməyi qadağan etmir. Bu barədə jurnalistlərə İran parlamentinin spikeri Əli Laricani Dəməşqə səfəri zamanı bildirib. Məlumatı ILNA agentliyi yayıb.

Laricaninin sözlərinə görə, İrana C-300-ün təchiz edilməsi barədə müqavilə BMT Təhlükəsizlik Şurası İrana yeni sanksiyalar tətbiq etməzdən əvvəl bağlanıb.

"Rusiyanın C-300 raketlərinin təchiz edilməsi barədə müqavilə BMT Təhlükəsizlik Şurasının son qətnaməsindən əvvəl bağlanıb. Bu, köhnə müqavilədir, buna görə də onun yeni qətnamə ilə heç bir əlaqəsi yoxdur. Bundan başqa, bu, müdafiə qabiliyyətli silahdır", - Laricani bəyan edib.

Laricani İran və Rusiya münasibətlərində gərginliyin olmasını təkzib edərək qeyd edib ki, Rusiyanın İrana qarşı münasibətdə bəzi "tərəddüdləri" var.

Rusiya BMT-nin İrana qarşı tətbiq etdiyi sanksiyaların dördüncü raundunu dəstəkləsə də, ABŞ və Aİ-nin əlavə sanksiyalarını tənqid edib.

Xəbər lenti

Xəbər lenti