...

İranın müxalifət lideri Musəvinin baş müşavirinin məhkəməsi avqustda keçiriləcək

Dünya xəbərləri Materials 2 İyul 2010 16:09 (UTC +04:00)
İranın müxalifət lideri Mir Hüseyn Musəvinin baş müşaviri Əlirza Behişti Şirazinin məhkəməsi avqust ayının 2-də keçiriləcək.
İranın müxalifət lideri Musəvinin baş müşavirinin məhkəməsi avqustda keçiriləcək

İranın müxalifət lideri Mir Hüseyn Musəvinin baş müşaviri Əlirza Behişti Şirazinin məhkəməsi avqust ayının 2-də keçiriləcək. Bunu İranın müxalifət yönlü "kaleme.org" saytı məlumat verib.

Behişti "Kaleme Səbz" qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

Əlirza Behişti Şirazi 2009-cu ilin dekabr ayında Aşura günü Tehranda baş verən toqquşmalardan sonra kütləvi həbslər zamanı tutulub. Əlirza Behişti İran İslam Respublikası məhkəmə sisteminin ilk rəhbəri, 1980-ci ildə terror aktı nəticəsində qətlə yetirilən ayətullah Məhəmməd Behiştinin oğludur.

Ötən il dekabrın 27-də (Aşura günü) Tehranda müxalifət tərəfdarları ilə polis arasında qarşıdurma baş verib. İran polisinin rəsmi xəbər saytında yayılan məlumatda bildirilir ki, 8 nəfər həlak olub, onlardan yeddisi kişi, biri isə qadındır. Beynəlxalq agentliklərin yaydığı məlumata əsasən, həmin gün baş verən hadisələrdə 15 nəfər həlak olub, 550-dən çox şəxs isə həbs olunub. Onların bir çoxu siyasi şəxslərdir.

Xəbər lenti

Xəbər lenti