...

İran Prezidenti Maliyə səfər edib

Dünya xəbərləri Materials 6 İyul 2010 16:49 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad bu gün səhər birgünlük səfərlə Maliyə yola düşüb.
İran Prezidenti Maliyə səfər edib

İran Prezidenti Mahmud Əhmədinejad bu gün səhər birgünlük səfərlə Maliyə yola düşüb. Məlumatı IRNA agentliyi yayıb.

Səfər zamanı ikitərəfli əməkdaşlıq, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Malidən sonra Əhmədinejad D8 qrupunun sammitində iştirak etmək üçün Nigeriyaya yola düşəcək. Sammitdə onunu çıxış edəcəyi gözlənilir.

Əsas mövzusu "D8 iştirakçısı olan ölkələr arasında investisiya əməkdaşlığının genişləndiirlməsi" olan sammit öz işinə iyulun 4-də başlayıb və iyulun 8-dək davam edəcək.

İclas zamanı müzakirə olunacaq məsələlər arasında 2008-2018-ci illərdə D8 ölkələrinin iqtisadi əməkdaşlıq qrafikinə baxılacaq, eləcə də turizm, bank, nəqliyyat, energetika və texnologiya sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək.

D8 qrupunun iştirakçıları səkkiz inkişaf etməkdə olan ölkədir: İran, İndoneziya, Malayziya, Türkiyə, Misir, Banqladeş, Nigeriya və Pakistan.

Xəbər lenti

Xəbər lenti