...

Havaların isti keçməsi Tehrana 1 milyon dollar ziyan vurub

Dünya xəbərləri Materials 12 İyul 2010 14:53 (UTC +04:00)
Havaların isti keçməsi İranın paytaxtı Tehrana 1 milyon dollar ziyan vurub
Havaların isti keçməsi Tehrana 1 milyon dollar ziyan vurub

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir T.Cəfərov/ Havaların isti keçməsi İranın paytaxt Tehrana 1 milyon dollar ziyan vurub. Bunu Tehran əyalətinin fövqəladə hallar zamanı idarəetmə təşkilatının direktoru Möhəmmədrza Mahmudi deyib. Bu barədə bazar ertəsi Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Mahmudi deyib ki, Tehranda havalar daha da istiləşərsə, fövqəladə komitə öz işinə başlayacaq və bu komitədə qəbul ediləcək qərarlar icra məqsədi ilə əhaliyə təqdim olunacaq.

Mahmudi əlavə edib ki, indiyədək paytaxtda havaların isti keçməsi nəticəsində ölən olmasa da, əyalətin əkin sahələri və meşəliklərdə yanğınlar baş verib.

Bundan öncə şənbə günü İranın Nazirlər Kabineti anomal isti hava şəraiti ilə bağlı bazar və bazar ertəsi günlərinin ölkə paytaxtı Tehranda və digər 19 əyalətdə dövlət müəssisələri üçün qeyri-iş günü olduğunu elan etmişdi.

Son günlərdə İranın müxtəlif şəhər və əyalətlərində isti hava şəraiti davam etməkdədir. Paytaxt Tehranda havanın hərarətinin 41-44 dərəcə olduğu bildirilir. İranın bəzi şəhərlərində havanın hərarətinin 50 dərəcəyədək yüksəldiyi bildirilib.

Xəbər lenti

Xəbər lenti