...

İran təyyarələri üçün yanacaqla bağlı böhran həll olunmamış qalır

Dünya xəbərləri Materials 13 İyul 2010 17:32 (UTC +04:00)
Hamburqdan Tehrana "Iran Air" aviaşirkətinin reysləri üçün yanacaq təminatı ilə bağlı problem əvvəlki kimi həll olunmamış qalır.
İran təyyarələri üçün yanacaqla bağlı böhran həll olunmamış qalır

Hamburqdan Tehrana "Iran Air" aviaşirkətinin reysləri üçün yanacaq təminatı ilə bağlı problem əvvəlki kimi həll olunmamış qalır. Bu barədə Almaniyada "Iran Air" nümayəndəliyinin rəhbəri Məhəmməd Rza Rəcəbi bildirib. Məlumatı Press TV IRNA informasiya agentliyinə istinadən yayıb.

"Hamburq aeroportundan uçan "Iran Air" təyyarələri üçün yanacaq tədarükü problemi hələ də həll olunmayıb və bazar günü, çərşənbə axşamı Tehrana uçan təyyarələrin yanacaqla doldurulması əvvəlki kimi Frankfurtda və Vyanada həyata keçirilir", - Rəcəbi deyib.

"Hamburq aeroportunda İranın sərnişin təyyarələrinə yanacaq tədarükçüsü olan BP-yə alternativ şirkər axtarışı bir qədər vaxt aparır", - o deyib.

Yeri gəlmişkən, "Iran Air"in Almaniyadakı digər nümayəndəsi deyib ki, BP-nin Hamburq aeroportunda İran təyyarələri üçün yanacaq tədarükü üzrə müqavilənin bərpasından imtina etməsindən sonra digər şirkətlər "Iran Air"lə müqavilə imzalamaq istəmirlər.

Nümayəndə hesab edir ki, şirkətlərin İran təyyarələrinə yanacağın satılmasından imtina etməsinə görə ABŞ məsuliyyət daşıyır. "Bu şirkətlər Birləşmiş Ştatların təsiri altındadırlar və bu aeroportda "Iran Air"lə hər hansı müqavilə imzalamaq istəmirlər", - o bildirib.

ABŞ-ın bu yaxınlarda İranın bank və energetika sektoruna qarşı birtərəfli sanksiyalar qəbul etməsindən sonra ВР Hamburq aeroportunda İran aviaşirkətinin təyyarələrinə yanacağın satılması üzrə müqavilənin müddətini uzatmaqdan imtina edib.

Xəbər lenti

Xəbər lenti