...

İran parlamentinin spikeri İsveçrəyə səfər edəcək

Dünya xəbərləri Materials 17 İyul 2010 13:07 (UTC +04:00)
İran parlamentinin spikeri Əli Laricani bazar günü İsveçrəyə səfər edəcək.
İran parlamentinin spikeri İsveçrəyə səfər edəcək

İran parlamentinin spikeri Əli Laricani bazar günü İsveçrəyə səfər edəcək. Məlumatı İranın ILNA xəbər agentliyi yayıb.

Laricani İsveçrədə keçiriləcək Parlamentlərarası İttifaqın (IPU) parlament rəhbərlərinin üçüncü iclasında iştirak edəcək. Beş ildən bir keçirilən iclas bu il iyulun 19-21-də Cenevrədə keçiriləcək.

Laricanin iclas çərçivəsində iştirakçı ölkələrin parlament sədrləri ilə görüşlər keçirəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti