...

İranda təkpartiyalılıq istəyi məğlubiyyətə uğrayacaq - Mehdi Kərrubi

Dünya xəbərləri Materials 19 İyul 2010 17:59 (UTC +04:00)
İran parlamentinin sabiq spikeri Mehdi Kərrubi deyib ki, İranın təkpartiyalı rejim olmağa doğru hərəkət etməsi məğlubiyyətə məhkumdur.
İranda təkpartiyalılıq istəyi məğlubiyyətə uğrayacaq - Mehdi Kərrubi

İran parlamentinin sabiq spikeri Mehdi Kərrubi deyib ki, İranın təkpartiyalı rejim olmağa doğru hərəkət etməsi məğlubiyyətə məhkumdur. Bu barədə "Etimad-e Milli" partiyasının rəsmi xəbər saytı "sahamnews" məlumat verib.

"Etimad-e Milli" partiyasının baş katibi, prezidentliyə sabiq namizəd və islahatçı lider Mehdi Kərrubi Əhmədinejadın ölkədə partiyalar və azadlıqla bağlı son çıxışını "şübhəli" adlandırıb və deyib ki, "respublika öz-özlüyündə çoxpartiyalılıq deməkdir".

Mahmud Əhmədinejad bir neçə gün öncə İran universitetlərinin birində demişdi ki, müxtəlif siyasi cəbhələrin yaradılması ilə İnqilabın bəzi dəyərləri məhv oldu. Əhmədinejad "bizim rejimdə təkcə bir partiya var və o da vilayət partiyasıdır" demişdi. Onun bu çıxışı İranda bəzi siyasi şəxslərin tənqidinə səbəb olmuşdu.

"İctimaiyyətdə partiya, qrup, müxtəlif siyasi cinahların qanun çərçivəsində fəaliyyət göstərməsi respublikanın əsl mənasıdır və digər tərəfdən İslamda da çoxpartiyalılıq mövcuddur", - Kərrubi deyib. O hesab edir ki, ölkədə analoqu olmayan "fırıldaqçılıq, yalan, hoqqabazlıq və avamlıq" yaranıb.

Kərrubi deyib ki, çoxpartiyalılığa qarşı çıxmaq İslamı düzgün anlamamaqdan irəli gəlir və bu, şiə və sünni alimlərinin əqidəsinə ziddir.

Xəbər lenti

Xəbər lenti