...

Türkiyə bundan sonra da Əfqanıstana kömək edəcək – XİN başçısı

Dünya xəbərləri Materials 21 İyul 2010 10:31 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə axşamı bəyan edib ki, Türkiyə Əfqanıstanı bir çox sahələrdə dəstəkləyir və bu işi gələcəkdə də davam etdirəcək. Bu barədə Anadolu agentliyi məlumat verir.
Türkiyə bundan sonra da Əfqanıstana kömək edəcək – XİN başçısı

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə axşamı bəyan edib ki, Türkiyə Əfqanıstanı bir çox sahələrdə dəstəkləyir və bu işi gələcəkdə də davam etdirəcək. Bu barədə Anadolu agentliyi məlumat verir.

Kabildə keçirilən Əfqanıstanla bağlı konfrans çərçivəsində türk jurnalistləri qarşısında çıxış edən Davudoğlu deyib ki, Türkiyə Əfqanıstanda milli barışığa nail olmaqda öz töhfəsini verib.

"Türkiyə Əfqanıstandakı təhlükəsizlik və sabitliyə öz təhlükəsizliyi və sabitliyi kimi baxır", - Davudoğlu bildirib.

Nazirin sözlərinə görə, Türkiyə 2005-ci ildən Əfqanıstana 250 milyon ABŞ dolları həcmində yardım edib. Bu, 1923-cü ildə Türkiyə Respublikası yaranandan bəri onun hansısa ölkəyə göstərdiyi ən böyük yardımdır.

Kabil konfransı çərçivəsində Davudoğlu İran xarici işlər naziri Manuçöhr Mottəki və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eştonla ikitərəfli görüşlər keçirib.

Xəbər lenti

Xəbər lenti