...

İran parlamentinin dörd üzvü Qəzzaya yola düşəcək

Dünya xəbərləri Materials 21 İyul 2010 18:19 (UTC +04:00)
İran parlamentinin dörd üzvü növbəti həftə Qəzzaya səfər edəcək.
İran parlamentinin dörd üzvü Qəzzaya yola düşəcək

İran parlamentinin dörd üzvü növbəti həftə Qəzzaya səfər edəcək. Bu barədə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Mahmud Əhmədi Biğeş bildirib. Məlumatı IRNA informasiya agentliyi yayıb.

Onun sözlərinə görə, onlar Qəzzaya Misir sərhədindəki "Rafah" nəzarət-buraxılış məntəqəsi vasitəsilə keçəcəklər.

İran parlamentariləri səfər zamanı HƏMAS hərəkatının nümayəndələri ilə görüşməyi planlaşdırırlar.

Xəbər lenti

Xəbər lenti