...

ABŞ-da jurnalistlər, hətta toy mərasimini çəkdiklərinə görə tutulurlar

Dünya xəbərləri Materials 24 İyul 2010 10:57 (UTC +04:00)
ABŞ-ın keçmiş prezidenti B.Klinton və onun həyat yoldaşı, hazırkı dövlət katibi H.Klintonun qızları Çelsi Klintonun iyulun 31-də biznesmen Mark Mezvinsklə nikah mərasiminin olacağı gözlənilir
ABŞ-da jurnalistlər, hətta toy mərasimini çəkdiklərinə görə tutulurlar

ABŞ-ın keçmiş prezidenti B.Klinton və onun həyat yoldaşı, hazırkı dövlət katibi H.Klintonun qızları Çelsi Klintonun iyulun 31-də biznesmen Mark Mezvinsklə nikah mərasiminin olacağı gözlənilir. İki norveçli jurnalist nikah mərasiminin keçiriləcəyi məkanda çəkiliş aparmaq istərkən, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Hazırda onlar Nyu-York ştatındakı təcridxanaların birində saxlanılırlar. Onların 15 gün müddətinədək azadlıqdan məhrum edilmələri barədə məhkəmənin qərar çıxaracağı gözlənilir.

Maraqlıdır ki, dünya ictimaiyyətinin gözü qarşısında özünü söz və məlumat azadlığının fəal mübarizi kimi tanıtmağa çalışan ABŞ-da jurnalistləri belə hallara görə saxlayır, onlara cəza kəsir, informasiya əldə etmək hüquqlarını pozurlar.

Xəbər lenti

Xəbər lenti