...

Rusiya Vaşinqtonun təbliğat dramında rol ifa edir – Əhmədinejad

Dünya xəbərləri Materials 24 İyul 2010 13:05 (UTC +04:00)
Rusiya Vaşinqtonun rejissoru olduğu təbliğat dramında rol ifa edir.
Rusiya Vaşinqtonun təbliğat dramında rol ifa edir – Əhmədinejad

Rusiya, Vaşinqtonun rejissoru olduğu təbliğat dramında rol ifa edir. İran Prezidenti Mahmud Əhmədinejad özünün rusiyalı həmkarı Dmitri Medvedevin şərhlərini kəskin tənqid edib. ILNA agentliyi xəbər verir.

"Rusiya Prezidenti Dmitri Medvedevin bu yaxınlardakı iradları həqiqətən də ssenarinin bir hissəsidir və biz Medvedevin, düşmənlərimizin İrana qarşı hazırladıqları piarı dəstəkləyən şərhlərinə təəssüflənirik", - o deyib.

Bununla yanaşı, Ənmədinejad İranın əvvəlki kimi Moskva ilə münasibətlərin genişləndirilməsində və saxlanmasında maraqlı olduğunu qeyd edib.

"Rusiya böyük ölkədir və biz iki xalq arasında dostluğun davam etdirilməsində maraqlıyıq, lakin onun [Medvedevin] ittihamları ABŞ Prezidentinin İran xalqına qarşı oynayacağı təbliğat dramının bir hissəsidir", - İran Prezidenti öz nitqində deyib.

Xəbər lenti

Xəbər lenti