...

Aİ-nin sanksiyaları danışıqları fəallaşdırmağa kömək etməyəcək – İran XİN nümayəndəsi

Dünya xəbərləri Materials 28 İyul 2010 13:40 (UTC +04:00)
Avropa İttifaqının İranın nüvə proqramı ilə əlaqədar ona qarşı tətbiq etdiyi yeni sanksiyalar dövründə Tehran bəyan edib ki, cərimə tədbirləri blokun 27 üzvünün müstəqilliyini şübhə altına alır.
Aİ-nin sanksiyaları danışıqları fəallaşdırmağa kömək etməyəcək – İran XİN nümayəndəsi

Avropa İttifaqının İranın nüvə proqramı ilə əlaqədar ona qarşı tətbiq etdiyi yeni sanksiyalar dövründə Tehran bəyan edib ki, cərimə tədbirləri blokun 27 üzvünün müstəqilliyini şübhə altına alır. Bu barədə ILNA agentliyi xəbər yayıb.

"Avropa İttifaqı belə tədbirlər görməklə, ABŞ-ın ardınca kor-koranə gedir", - İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst deyib. "Onun ABŞ-a tabe olması (Aİ-nin) ləyaqətini və müstəqilliyini şübhə altına alıb", - o əlavə edib.

İran XİN nümayəndəsi Aİ-nin yeni sanksiyalarından təəssüfləndiyini bildirib və onları "qeyri-effektiv və qeyri-konstruktiv" adlandırıb.

"Sanksiyalar Aİ-yə danışıqlar siyasəti adlandırılan danışıqları fəllaşdırmağa kömək etməyəcək, İran xalqının qanuni sülhpərvər nüvə enerjisinə nail olmaq istəyinə mane ola bilməyəcək", - Mehmanpərəst qeyd edib.

O, həm də qeyd edib ki, Aİ-nin yeni sanksiyaları əməkdaşlıq atmosferini mürəkkəbləşdiriə bilər.

Mehmanpərəstin sözlərinə görə, İran İslam Respublikası Aİ-nin tədbirlərini "İran xalqı ilə düşmənçiliyə daha bir addım" hesab edir ki, bu da blok üçün arzuedilməz nəticələr verəcək.

Xəbər lenti

Xəbər lenti