...

İran müstəqil Avropa ilə əlaqələrin genişləndirilməsində maraqlıdır – XİN başçısı

Dünya xəbərləri Materials 29 İyul 2010 12:15 (UTC +04:00)
İran Avropa ilə əlaqələrin genişləndirilməsində maraqlıdır və Avropa İttifaqının (Aİ) müstəqil ölkələri ilə əlaqələri alqışlayır.
İran müstəqil Avropa ilə əlaqələrin genişləndirilməsində maraqlıdır – XİN başçısı

İran Avropa ilə əlaqələrin genişləndirilməsində maraqlıdır və Avropa İttifaqının (Aİ) müstəqil ölkələri ilə əlaqələri alqışlayır. Bu barədə İranın xarici işlər naziri Mənuçöhr Möttəki İrlandiyanın yeni səfiri Oliver Qrunionun etimadnaməsini təqdim etməsindən sonra keçirilən görüşdə bildirib

Məlumatı IRNA agentliyi yayıb.

Möttəki görüş zamanı Aİ-nin ABŞ Konqresinin İrana qarşı birtərəfli sanksiyaların tətbiqi haqda qərarına tabe olmasını tənqid edib və təkrar edib ki, "Aİ-nin bu yaxınlardakı qərarı qərarların qəbul olunması prosesində Avropanın nə dərəcədə sabit olmadığını və öz xarici siyasətini yürüdərkən onun nə dərəcədə Transatlantik siyasətin təsiri altında olduğunu göstərir".

O qeyd edib ki, İran özünün sürətli irəliləyişi ilə elmi, kənd təsərrüfatı, aviakosmik sahələrdə, müasir texnologiyalar və digər sahələr üzrə xarici yardıma bel bağlamadan uğurlara nail ola bildiyini sübut etdi.

Möttəkinin sözlərinə görə,  İran İrlandiya ilə əlaqələri genişləndirməyə hazırdır və "son bir neçə ildə İİR-in Avropadakı tərəfdaşlarının dəyişdiyini və yeni əməkdaşlarla əməkdaşlığın həcminin artdığını" xüsusi qeyd edib.

Öz növbəsində, irlandiyalı səfir iki ölkə arasındakı münasibətləri yaxşı adlandırıb.

"Son bir neçə il ərzində əlaqələrin genişləndirilməsinə yönəldilmiş nəzərəçarpan səylər göstərilib və biz İranla müxtəlif sahələrdə əməkdaşlığın genişləndiriləcəyinə ümid edirik", - Qrunion deyib.

Xəbər lenti

Xəbər lenti