...

İnqilabçı xalqı demokratik modellərlə idarə etmək mümkun deyil - İran Prezidenti

Dünya xəbərləri Materials 30 İyul 2010 13:46 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad bildirib ki, materialist düşüncələrlə islam ictimaiyyətini araşdırmaq olmaz, eləcə də inqilab etmiş cəmiyyəti demokratiya modeli ilə idarə etmək mümkün deyil. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat verir.
İnqilabçı xalqı demokratik modellərlə idarə etmək mümkun deyil - İran Prezidenti

İran Prezidenti Mahmud Əhmədinejad bildirib ki, materialist düşüncələrlə  islam ictimaiyyətini araşdırmaq olmaz, eləcə də inqilab etmiş cəmiyyəti demokratiya modeli ilə idarə etmək mümkün deyil. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat verir.

Bundan əvvəl, Əhmədinejad iyulun 13-dəki çıxışı zaman demişdi ki, "qruplaşmalar nəticəsində bir sıra dəyərlər aradan qalxıb. Bizim sistemin yalnız bir partiyası var - o da vilayət partiyasıdır."

Əhmədinejadın bu sözləri müxalif qüvvələrin başçıları tərəfindən sərt reaksiya ilə üzləşib. Ötən dövr prezidentliyə namizəd və Əhmədinejadın rəqibi Mir Hüseyn Musəvi  prezidentin bu sözlərini 30 il əvvəl şahın dediyi sözlərlə eyniləşdirərək, bunu qanunazidd hesab edib. O xatırladıb ki, İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvi də inqilabdan əvvəl bildirmişdi ki, İranda yalnız bir partiya var - o da şahın özünün yaratdığı "Rəstaxiz" partiyasıdır.

Xəbər lenti

Xəbər lenti