Tehranda dövlət qulluqçularının 40 faizi evdə işləməlidir. Bunu İran Prezidenti Mahmud Əhmədinejad deyib. Məlumatı MEHR informasiya agentliyi yayıb.
Onun sözlərinə görə, bu, şəhərdə yolların artıq yüklənməsi və tıxaclar problemini həll edəcək. Belə ki, hazırda Tehran əhalisinin sayı 14 milyon nəfərdir.
Bundan əvvəl Əhmədinejad bu yaxınlarda Tehranda baş verən zəlzəyə həsr olunan tədbirdə demişdi ki, 191 şirkət və 57 min dövlət qulluqçusu (40 faiz) Tehrandan kənarda işləməlidir.
O əlavə edib ki, bu plan yaxın gələcəkdə həyata keçirilməlidir.