Qətl və zinada ittiham olunan Aştianinin işi ilə bağlı Fransa və İtaliyanın mövqeyi İranın daxili işlərinə müdaxilədir. Bu barədə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Zöhrə İlahiyan bildirib. Məlumatı Press TV yayıb.
"Bu işlə bağlı Fransa və İtaliyanın mövqeyi onların İranın məhkəmə sisteminə və daxili işlərinə müdaxiləsinin parlaq nümunəsidir", - o bildirib.
"Belə yanaşma qanunsuzdur və İslam Respublikasına qarşı təxribata yönəlib", - İlahiyan bildirib.
İran məhkəməsi iki uşaq anası, 43 yaşlı Səkinə Məhəmmədi Aştianinin İsa Tahiri adlı başqa bir kişi ilə əlbir olaraq öz ərini qətlə yetirməkdə günahlandırır. Aştiani Tahiri ilə əlaqədə olduğunu etiraf edib.
İran Aştianinin işi ilə bağlı Fransa və İtaliyanı tənqid edir
Qətl və zinada ittiham olunan Aştianinin işi ilə bağlı Fransa və İtaliyanın mövqeyi İranın daxili işlərinə müdaxilədir.