...

İsrail rəsmilərinin bəyanatları Əhmədinejadın Livana səfərinə təsirsizdir - XİN rəsmisi

Dünya xəbərləri Materials 5 Oktyabr 2010 13:28 (UTC +04:00)
İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, İran rəsmilərinin İran Prezidenti Mahmud Əhmədinejadın Livana səfəri ilə bəyanatları, İran-Livan arasında münasibətlərə və Əhmədinejadın səfərinə təsir göstərməyəcək.
İsrail rəsmilərinin bəyanatları Əhmədinejadın Livana səfərinə təsirsizdir - XİN rəsmisi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, İran rəsmilərinin İran Prezidenti Mahmud Əhmədinejadın Livana səfəri ilə bəyanatları, İran-Livan arasında münasibətlərə və Əhmədinejadın səfərinə təsir göstərməyəcək. Bu barədə "Mehr" agentliyi məlumat yayıb.

İran Prezidentinin Livana səfəri oktyabrın 13-nə planlaşdırılıb.

İsrailin "Haaretz" qəzetinin verdiyi məlumata görə, İran Prezidentinin Livana səfəri ilə bağlı, rəsmi Təl-Əviv Livan rəsmilərinə xəbərdarlıq edib ki, Əhmədinejadın Livina səfərinə imkan yaratmaq "ağıllı hərəkət" deyil.

İran rəsmi xəbər telekanalının saytında (İrinn.ir) yayılan məlumata görə, Livan Prezidenti İsrail rəsmilərinin bəyanatını rədd edib.

Livanda fəaliyyət göstərən "Hizbullah" təşkilatı ölkənin ən böyük hərbi qüvvəsi hesab olunur. Qərb "Hizbullah"ı terror təşkilatı kimi tanıyır və bu təşkilatın arxasında İranın durmasını iddia edir.

Xəbər lenti

Xəbər lenti