...

İran Misir ilə diplomatik əlaqələrini bərpa etmək fikrində deyil - XİN rəsmisi

Dünya xəbərləri Materials 5 Oktyabr 2010 13:44 (UTC +04:00)
İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, rəsmi Tehran hələlik Misir ilə diplomatik əlaqələrin bərpasını düşünmür. Bu barədə "Mehr" agentliyi məlumat verir.
İran Misir ilə diplomatik əlaqələrini bərpa etmək fikrində deyil - XİN rəsmisi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, rəsmi Tehran hələlik Misir ilə diplomatik əlaqələrin bərpasını düşünmür. Bu barədə "Mehr" agentliyi məlumat verir.

Oktyabrın 5-də 30 ildən sonra ilk dəfə olaraq, Tehran-Qahirə hava reysləri yenidən fəaliyyətə başlayıb. Buna baxmayaraq, Mehmanpərəstin bildirdiyinə görə, iki ölkə arasında diplomatik münasibətlərin bərpası planlaşdırılmayıb.

İranda 1979-cu ildə baş vermiş İslam İnqilabından sonra, Tehran-Qahirə arasındakı diplomatik münasibətlər, xüsusilə də Misirin İran şahı Məhəmməd Rza Pəhləviyə sığınacaq verməsindən sonra kəsilib.

İranda Misir Prezidenti Ənvər Sadatın qatili Xalid İstanbulinin adına xiyaban var. Misir dəfələrlə sabiq prezidentin qatilinin adının Tehranda yerləşən xiyabandan götürülməsini tələb edib. Lakin rəsmi Tehran bu tələbi rədd edib.

Xəbər lenti

Xəbər lenti