...

İsrail ordusu əsgərlər və fələstinli məhkumun əks olunduğu qalmaqallı videonun yayımını araşdırır

Dünya xəbərləri Materials 5 Oktyabr 2010 17:34 (UTC +04:00)
İsrail ordusu çərşənbə axşamı bəyan edib ki, "YouTube" saytında İsrail əsgərlərinin gözləri bağlanmış fələstinli məhkum qarşısında rəqs etdiyi əks olunan videonun yayılması ilə bağlı insidenti araşdırmaq niyyətindədir.
İsrail ordusu əsgərlər və fələstinli məhkumun əks olunduğu qalmaqallı videonun yayımını araşdırır

İsrail ordusu çərşənbə axşamı bəyan edib ki, "YouTube" saytında İsrail əsgərlərinin gözləri bağlanmış fələstinli məhkum qarşısında rəqs etdiyi əks olunan videonun yayılması ilə bağlı insidenti araşdırmaq niyyətindədir. Məlumatı CNN yazır. Kadrlar on İsrail kanalı tərəfindən yayımlanıb və beynəlxalq KİV-də rezonansa səbəb olub.

Bu, İsrail əsgərlərinin belə qalmaqallı vəziyyətlərdə iştirak etdiyini göstərən birinci video deyil. 2010-cu ilin yayında "Facebook" sosial şəbəkəsində orduda fələstinli məhkumların fonunda mövqe tutan və ordudan həmin vaxt tərxis edilən israillinin şəkli verilmişdi.

İsrail əsgərləri və fələstinli məhkumun əks olunduğu sonuncu qalmaqallı videonun çəkiliş tarixi məlum deyil.

İsrail ordusunun press-relizində deyilir ki, Hərbi Prokurorluq insidentin araşdırılmasına başlamaq barədə sərəncam verib.

"ÇAXAL klipdə nümayiş olunan hərəkətləri müzakirə edir və araşdırır", - bu barədə ordunun rəsmi məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti