...

Ankara Avropa İttifaqından Türkiyənin üzvlüyü məsələsində konkret mövqe tutmağı tələb edir

Dünya xəbərləri Materials 6 Oktyabr 2010 19:23 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Avropa İttifaqını ölkənin Aİ-yə tamhüquqlu üzvlüyü məsələsində konkret mövqe tutmağa çağırıb.
Ankara Avropa İttifaqından Türkiyənin üzvlüyü məsələsində konkret mövqe tutmağı tələb edir

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Avropa İttifaqını ölkənin Aİ-yə tamhüquqlu üzvlüyü məsələsində konkret mövqe tutmağa çağırıb. Məlumatı Türkiyənin "Haberturk" saytı yayıb.

Türkiyənin Aİ-yə qoşulması barədə danışıqlar 2005-ci ildən aparılır. İttifaqın əksər üzvlərinin Türkiyənin qoşulmasını dəstəkləməsinə baxmayaraq, Fransa və Almaniya Ankaranın razı olmadığı "imtiyazlı tərəfdaşlığı" təklif edərək, qəti surətdə Türkiyənin tamhüquqlu üzvlüyündən imtina edir.

Türkiyə hökumətinin rəhbəri Ərdoğan İstanbulda beynəlxalq işgüzar forumda çıxışı zamanı Aİ-ni Türkiyənin üzvlüyü ilə bağlı öz mövqeyini açıq söyləməyə, ölkəsini inteqrasiya prosesindən daşındırmaq üçün bəhanə axtarmamağa çağırıb.

Çoxillik Kipr problemi Türkiyənin Aİ ilə danışıqlar prosesində əngəllərdən biridir. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Şimali Kipr Türk Respublikasının beynəlxalq təcridi aradan qaldırılmayana qədər Kipr Respublikasına öz limanlarını açmayacaq. Türkiyə, həmçinin, bölünmüş adalar probleminin həllinə qədər öz növbəsində Avropa İttifaqının üzvü olan Kipr Respublikasını tanımaqdan imtina edir.

Xəbər lenti

Xəbər lenti