...

İranda İraqdan Əfqanıstana yanacaq aparan dörd maşın yanıb

Dünya xəbərləri Materials 7 Oktyabr 2010 10:49 (UTC +04:00)
İranın Mehabad şəhərində İraqın dörd yanacaqdaşıyan avtomobili yanıb. Bu barədə Shana agentliyi məlumat verib.
İranda İraqdan Əfqanıstana yanacaq aparan dörd maşın yanıb

İranın Mehabad şəhərində İraqın dörd yanacaqdaşıyan avtomobili yanıb. Bu barədə Shana agentliyi məlumat verib.

Avtomobil karvanı İraqdan Əfqanıstana gedirmiş. Yanğın sürücülərdən birinin özünə yemək hazırlamaq istərkən qaz balonundan ehtiyatsız istifadə etməsi səbəbindən baş vermiş partlayışdan sonra başlayıb. Alov digər maşınlara da keçib.

Yanğınsöndürmə briqadası hadisə yerinə gəlib və yanğın söndürülüb.

Hadisə nəticəsində sürücülərdən biri həlak olub. Üç nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onlardan ikisinin vəziyyəti son dərəcə ağırdır.

Xəbər lenti

Xəbər lenti