...

İranda həbs olunmuş beş casusun işi baxılması üçün məhkəməyə göndəriləcək

Dünya xəbərləri Materials 13 Oktyabr 2010 13:02 (UTC +04:00)
Tehran baş prokroru Abbas Cəfəri Dövlətabadi bildirib ki, İranda xarici qüvvələrə casusluq edən 5 nəfərin işi məhkəməyə göndəriləcək. Bu barədə İRNA agentliyi məlumat verib.
İranda həbs olunmuş beş casusun işi baxılması üçün məhkəməyə göndəriləcək

Tehran baş prokroru Abbas Cəfəri Dövlətabadi bildirib ki, İranda xarici qüvvələrə casusluq edən 5 nəfərin işi məhkəməyə göndəriləcək. Bu barədə İRNA agentliyi məlumat verib.

Dövlətabadi casusluqda ittiham olunan şəxslərin adlarını açıqlamayıb.

Dövlətabadi əlavə edib ki, son zamanlar ABŞ-ın İranda casusluq cəhdləri intensivləşib. Ötən həftə İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bu təşkilatın bir neçə əməkdaşının ABŞ-a casusluq etdiyini bildirib. Qərb İranı nüvə silahı istehsalına cəhd etməkdə günahlandırır. İran isə bunu qəbul etmir və nüvə proqramı fəaliyyətlərinin dincməqsədli olduğunu deyir. İndiyədək BMT TŞ İrana qarşı 6 qətnamə çərçivəsində 4 sanksiya tətbiq edib.

Xəbər lenti

Xəbər lenti