...

İran və Livan əməkdaşlıq haqqında 17 saziş imzalayıb

Dünya xəbərləri Materials 13 Oktyabr 2010 15:42 (UTC +04:00)
Çərşənbə günü Tehranla Beyrut arasında energetika, inşaat, elm, yüksək texnologiyalar, kənd təsərrüfatı və səhiyyə sahələrində əməkdaşlıq haqqında 17 saziş imzalanıb.
İran və Livan əməkdaşlıq haqqında 17 saziş imzalayıb

Çərşənbə günü Tehranla Beyrut arasında energetika, inşaat, elm, yüksək texnologiyalar, kənd təsərrüfatı və səhiyyə sahələrində əməkdaşlıq haqqında 17 saziş imzalanıb. Məlumatı IRNA agentliyi yayıb.

Sənədləri İran və Livan prezidentləri Mahmud ƏhmədinejadMişel Süleymanın iştirakı ilə müvafiq idarələrin rəhbərləri imzalayıblar.

İran Prezidenti livanlı həmkarı Mişel Süleymanın rəsmi dəvəti ilə Livanda üçgünlük səfərdədir.

Beyrutdakı rəsmi görüşlərdən sonra İran Prezidenti, həmçinin, İsraillə sərhəd yaxınlığında yerləşən Livanın Bint-Cübeyl və Marunəl-Ras kəndlərinə səfər edəcək. Bu, İran Prezidentinin sərhədə səfərini "təxribat" adlandıran ABŞ və İsraildə narazılıqla qarşılanıb. Vaşinqton Saad əl-Həririnin başçılıq etdiyi Livan hökumətinin, "əl-Müstəqbal" qərbyönümlü hərəkatının ünvanına Əhmədinejada Livan-İsrail sərhədinə səfər etməyə icazə verməmək barədə xəbərdarlıq göndərib.

Bint-Cübeyl kəndi 2006-cı ildə ikinci Livan müharibəsi zamanı Livanın iranyönlü "Hizbullah" hərəkatının üzvləri ilə İsrail qoşunları arasında şiddətli hərbi toqquşmaların mərkəzi olub. İndi Livanın cənubuna Livan ordusu ilə yanaşı, UNIFIL-in xüsusi sülhməramlı kontingenti nəzarət edir. Lakin İsraildə və ABŞ-da əmindirlər ki, Vaşinqtonun terrorçu təşkilat elan etdiyi "Hizbullah" bu kənddən Tehrandan və Dəməşqdən gətirilən silahlar üçün anbar kimi istifadə edir.

Əhmədinejadın son dörd ildə gizli fəaliyyət göstərən "Hizbullah"ın baş katibi Həsən Nəsrullah ilə Livan partiyası tərəfindən ali qonağın şərəfinə təşkil edilən mitinqdə birgə iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti