...

Türkiyə İsraildən "Azadlıq donanması"na görə kompensasiya ödəməyi tələb edir

Dünya xəbərləri Materials 13 Oktyabr 2010 17:04 (UTC +04:00)
Çərşənbə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İsrail hökumətindən kompensasiya ödəməyi və doqquz türk fəalının ölümünə səbəb olan "Azadlıq donanması" humanitar gəmisinə hücuma görə rəsmi şəkildə üzr istəməyi tələb edib.
Türkiyə İsraildən "Azadlıq donanması"na görə kompensasiya ödəməyi tələb edir

Çərşənbə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan  İsrail hökumətindən kompensasiya ödəməyi və doqquz türk fəalının ölümünə səbəb olan "Azadlıq donanması" humanitar gəmisinə hücuma görə rəsmi şəkildə üzr istəməyi tələb edib. Məlumatı "dpa." agentliyi yayıb.

Mayın 31-də İsrail Hərbi-Dəniz Qüvvələri "Azadlıq donanması"nın İsrail hərbçiləri tərəfindən blokadaya alınmış Qəzza sektoruna humanitar yük aparan gəmilərini ələ keçiriblər. İsrail HDQ-nin hücumu nəticəsində Türkiyənin "Mavi Mərmərə" gəmisindəki doqquz sülhməramlı həlak olub, onlarla adam yaralanıb, yüzlərlə adam həbs edilib. Onlar sonradan ölkədən deportasiya olunublar. Fələstinyönlü fəallarla toqquşmada yeddi israilli "komandos" da yaralanıb.

Baş vermiş hadisəni araşdırmaq üçün BMT beynəlxalq müstəqil komissiya yaradıb.

"İsrail üzr istəməyənə və kompensasiya ödəməyənə qədər Yaxın Şərqdə sülh bərqərar ola bilməz və İsrail əvvəlki kimi tək qalacaq", - Ərdoğan Pakistana ikigünlük rəsmi səfəri çərçivəsində jurnalistlərə deyib.

Xəbər lenti

Xəbər lenti