...

Cinayətkarlıqla mübarizədə qlobal cəbhənin yaradılması vacibdir – İranın BAEA-dakı səfiri

Dünya xəbərləri Materials 19 Oktyabr 2010 12:37 (UTC +04:00)
İnsan alveri və mütəşəkkil cinayətkarlığın digər formalarının ilkin səbəblərinin aradan qaldırılması üzrə işlərin görülməsi üçün qlobal cəbhənin yaradılması vacibdir.
Cinayətkarlıqla mübarizədə qlobal cəbhənin yaradılması vacibdir – İranın BAEA-dakı səfiri

İnsan alveri və mütəşəkkil cinayətkarlığın digər formalarının ilkin səbəblərinin aradan qaldırılması üzrə işlərin görülməsi üçün qlobal cəbhənin yaradılması vacibdir. Bu barədə İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) səfiri Əli Əsğər Sultaniyyə məlumat verib. Xəbəri Press-TV IRNA agentliyinə istinadən yayıb.

"İnsan alveri ilə mübarizə bütün ölkələr tərəfindən kollektiv şəkildə ölçülərin götürülməsini tələb edir və bu təzahürün ilkin səbəbləri nə qədər ki mövcuddur, problemin kökünü kəsmək qeyri-mümkündür", - Sultaniyyə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin (BMTNCİ) Vyanada keçirilən beşinci iclasında bildirib.

"İslam Respublikası bu cür cinayətlərlə mübarizə üçün bütün zəruri işləri görüb və bu məsələdə öz qonşuları, region ölkələri ilə əməkdaşlığa hazırlaşır", - İranın bu iclasda təmsilçisi olan Sultaniyyə əlavə edib.

O, həmçinin bildirib ki, İran mütəşəkkil cinayətkarlıqla mübarizə aparmağa başlayan ilk ölkələrdəndir və beynəlxalq ictimaiyyət tərəfindən cüzi köməyə baxmayaraq, bu məsələdə bir çox irəliləyişlərə nail olub.

BMTNCİ-nin məlumatına görə, insan alveri və narkotiklərlə, eləcə də miqrantların qeyri-qanuni daşınmasına görə illik gəlir, təxminən, 115 milyard dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti