...

İraqda baş verən partlayış zamanı altı İran zəvvarı yaralanıb

Dünya xəbərləri Materials 19 Oktyabr 2010 15:43 (UTC +04:00)
İki bombanın partlaması nəticəsində, azı, altı İran zəvvarı yaralanıb. Bunu edənlərin məqsədi Bağdadın Saadun rayonunda zəvvarları daşıyan avtobusu partlatmaq olub. Bu barədə "Press-TV" məlumat yayıb.
İraqda baş verən partlayış zamanı altı İran zəvvarı yaralanıb

İki bombanın partlaması nəticəsində, azı, altı İran zəvvarı yaralanıb. Bunu edənlərin məqsədi Bağdadın Saadun rayonunda zəvvarları daşıyan avtobusu partlatmaq olub. Bu barədə "Press-TV" məlumat yayıb.

Birinci partlayış çərşənbə axşamı səhər avtobus Saadunda hoteldən aralanan və Bağdadın cənub-qərbinin 100 kilometrliyində yerləşən müqəddəs Kərbəla şəhərinə yola düşən kimi baş verib.

İraqdakı İran zəvvarlarının işi üzrə təşkilatın nümayəndəsi Cavad Xaninin sözlərinə görə, insident nəticəsində dörd zəvvar yaralanıb.

"İkinci bomba Saadunda zəvvarları düşürən zaman digər avtobusda baş verib. İki nəfər yaralanıb", - Xaniyə istinadən "İRİB" məlumat yayıb.

Bununla belə, İraq DİN nümayəndələri bildiriblər ki, yaralanan iranlıların sayı 13 nəfərə çatıb.

Xani əlavə edib ki, İran zəvvarları Samirə və Kazimiyyə şəhərlərində olublar və çərşənbə axşamı səhər Kərbəla şəhərinə yola düşməyi planlaşdırıblar.

Ötən həftə İranın digər yeddi zəvvarı Bağdadın şimal-şərqində yerləşən Əl-Muqdadiyyə şəhərində baş verən partlayış nəticəsində yaralanıb.

Xəbər lenti

Xəbər lenti