...

İran nüfuzlu iri dövlətlərin qorxutma cəhdlərinə uymayacaq – ali lider

Dünya xəbərləri Materials 20 Oktyabr 2010 17:56 (UTC +04:00)
İran xalqı heç vaxt iri dövlətlərin qorxutma cəhdlərinə uymayacaq və öz ideallarından imtina etməyəcək. Bunları İranın ali dini lideri Seyid Əli Xamneyi bildirib.
İran nüfuzlu iri dövlətlərin qorxutma cəhdlərinə uymayacaq – ali lider

İran xalqı heç vaxt iri dövlətlərin qorxutma cəhdlərinə uymayacaq və öz ideallarından imtina etməyəcək. Bunları İranın ali dini lideri Seyid Əli Xamneyi bildirib. Məlumatı IRNA agentliyinə istinadən Press-TV yayıb.

"İran xalqı malik olduğu gücə və özünəəminliyi sayəsində nüfuzlu iri dövlətlər tərəfindən təhdidlərə qarşı mübarizə aparmağa nail olacaq", - Xamneyi səkkizillik İran-İraq müharibəsində həlak olanların ailələri ilə görüşü zamanı bildirib.

"Dünyada İrana mənfi təsir göstərə biləcək müxtəlif siyasi hadisələrə baxmayaraq, İran xalqı dünyada baş verən bütün dəyişikliklərə təsir göstərə bilir", - o deyib.

O qeyd edib ki, İranın qələbəsi pulun, maliyyə resurslarının və atom silahının köməyi ilə dəstəklənən gücə deyil, inamdan əmələ gələn gücə əsaslanır.

Xəbər lenti

Xəbər lenti