...

Qərbin inkişaf etməkdə olan hökumətlərə münasibətdə destruktiv addımları iflasa məhkumdur – Mahmud Əhmədinejad

Dünya xəbərləri Materials 21 Oktyabr 2010 13:16 (UTC +04:00)
Qərb ölkələrinin bərpa mərhələsində olan ölkələrə münasibətdə destruktiv addımları iflasa məhkumdur.
Qərbin inkişaf etməkdə olan hökumətlərə münasibətdə destruktiv addımları iflasa məhkumdur – Mahmud Əhmədinejad

Qərb ölkələrinin bərpa mərhələsində olan ölkələrə münasibətdə destruktiv addımları iflasa məhkumdur. Bu barədə İran Prezidenti Mahmud Əhmədinejad özünün venesuelalı həmkarı Uqo Çaveslə Tehranda birgə mətbuat konfransında bəyan edib, -  ISNA agentliyi məlumat yayıb.

"Bizdə siyasi, iqtisadi və sosial sahələrdə İran-Venesuela münasibətlərinin genişləndirilməsi üzrə kompleks plan var", - Əhmədinejad bildirib. - "Əməkdaşlığımız əhəmiyyətli olacaq, biz iri dövlətlərin qorxutmalarına davam gətirəcəyik, dünyanın idarə olunmasının mövcud sərt sistemini aradan qaldıracağıq, ləyaqət, ədalət, hörmətə əsaslanan yeni sistem yaradacağıq".

Öz növbəsində, Çaves qeyd edib ki, Venesuela İranın müstəqilliyini və suverenliyini dəstəkləyir, digər ölkələri İran millətinin hüquqlarına hörmət etməyə çağırır.

"İran və Venesuela ikitərəfli əlaqələrin fəallaşdırılmsı vasitəsilə çoxqütblü dünya yaratmağı öhdələrinə götürüblər", - o bildirib.

İran və Venesuela arasında sənaye, benzin, maye qaz tədarükü, ticarət, energetika, tekstil sənayesi, Suriyada neft emalı zavodunun tikintisi, Venesuelada ildə 6 min ton maqnezium istehsalı və birgə müəssisələrin yaradılması kimi sahələrdə qarşılıqlı anlaşma haqqında 11 memorandum imzalanıb.

Çaves Tehrana ikigünlük səfərini çərşənbə günü axşam başa vurub. Bu artıq Venesuela Prezidentinin İrana sayca səkkizinci səfəridir.

Xəbər lenti

Xəbər lenti