...

Qərb ölkələrində əhalinin nəsli kəsiləcək - Əhmədinejad

Dünya xəbərləri Materials 11 Noyabr 2010 17:02 (UTC +04:00)

İran Prezidenti Mahmud Əhmədinejad "Əhalinin artımına nəzarət etmək" layihəsini ölkəsində görülmüş səhv işlərdən biri kimi dəyərləndirib. Əhmədinejad bildirib ki, əhalinin artımına nəzarət kimi məsələ Qərb tərəfindən digər ölkələrin əhalisinin artaraq bu ölkələrə axın etməsinin qarşısını almaq məqsədi ilə irəli sürülüb. Məlumatı İranın FARS agentliyi yayıb.

Əhmədinejad əlavə edib ki, Qərb ölkələrində əhali arasında assimilyasiya artıb və onların nəsli kəsiləcək.

İranda əhalinin tənzimlənməsi və artımına nəzarət məqsədi ilə "Az uşaq - rahat yaşayış" şüarı adı altında layihə həyata keçirilir. ILNA agentliyinin məlumatına əsasən, 1988-ci ildə İran hökumətinə xəbərdarlıq edilib ki, əhalinin artımının qarşısı alınmazsa, ölkədə işsizliyin səviyyəsi 24 faiz artacaq. Bu layihənin icrası ilə 1988-2006-cı illər arasında ölkədə əhalinin artım dərəcəsi əvvəlki illərlə müqayisədə 23 milyon nəfər azalıb.

Bu layihənin icrasından 17 il sonra İran Prezidenti Mahmud Əhmədinejad əhalini çox uşaqlılığa həvəsləndirmək üçün səy göstərib. Bunun üçün Əhmədinejad 2010-cu ildə körpələrə "İran övladlarının gələcəyinin təmini fondu" layihəsi çərçivəsində 1000 dollar (1 milyon tümən) məbləğində hədiyyə verir.

Xəbər lenti

Xəbər lenti