Livanın Baş naziri Səəd Həriri sabah axşam İrana səfər edəcək. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verir.
Məlumata əsasən, Həririni səfərdə Livanın xarici işlər naziri və nəqliyyat naziri müşayiət edəcək. Həriri iki günlük səfər zamanı İran Prezidenti Mahmud Əhmədinejad, vitse-prezident Məhəmmədrza Rəhimi və digər rəsmilərlə görüşüb iki tərəfli əlaqələr və regional məsələləri müzakirə edəcək.