İran Prezidenti mətbuat konfransında bildirib ki, "Wikileaks"in yaydığı məlumat "fitnədir" və İran bu informasiyalar əsasında region ölkələrinə qarşı münasibətini dəyişməyəcək.
"Wikileaks" noyabrın 28-də yeni yaydığı informasiyada ərəb ölkələrinin İranın nüvə proqramı ilə bağlı mövqeyinə toxunub. Saytın məlumatına görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və bəzi ərəb ölkələri ABŞ-dan İrana hücum etməyi istəyiblər.
Əhmədinejad İran rəsmi telekanalı ilə canlı yayımlanan mətbuat konfransında bildirib ki, "Wikileaks"in yaydığı sənədlər "ABŞ administrasiyasının məqsədli şəkildə saxtalaşdırdığı" faktlardır və siyasi məqsədlər güdür.
Onun sözlərinə görə, bu sənədlərin hüquqi dəyəri yoxdur və sənədlərdə yayılan səhv informasiyalar əsasında rəsmi Tehran region ölkələrinə qarşı münasibətini dəyişməyəcək.