...

İranda hərbi parad keçiriləcək

Dünya xəbərləri Materials 16 Aprel 2011 12:30 (UTC +04:00)
Aprelin 18-də İran Silahlı Qüvvələri Günü münasibətilə Tehranda hərbi parad keçiriləcək.
İranda hərbi parad keçiriləcək

Aprelin 18-də İran Silahlı Qüvvələri Günü münasibətilə Tehranda hərbi parad keçiriləcək. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Hərbi paradda İran Silahlı Qüvvələrinin bütün bölmələri, "Sepah" korpusu, Quru Qoşunları və Hərbi Hava Qüvvələri iştirak edəcək. Parad İranın sabiq ali lideri ayətullah Xomeyninin məqbərəsi önündə təşkil olunacaq.

İranın Hərbi Hava Qüvvələri şənbə günü aprelin 18-də keçiriləcək parada hazırlıq məqsədilə təlim keçirib. Məlumata əsasən, paradda hərbi təyyarələrin hava nümayişləri olacaq. Bundan başqa, ilk dəfə olaraq SU 24 tipli təyyarənin havada digər SU 24 tipli təyyarəyə yanacaq doldurması nümayiş olunacaq.

18 aprel İranda Silahlı Qüvvələr Günüdür.

Xəbər lenti

Xəbər lenti