...

İranda nazirliklərin sayı azaldılıb

Dünya xəbərləri Materials 18 Aprel 2011 11:30 (UTC +04:00)
İran Nazirlər Kabinetinin qərarı ilə ölkədə nazirliklərin sayı 21-dən 19-a qədər azaldılıb. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat verir.
İranda nazirliklərin sayı azaldılıb

İran Nazirlər Kabinetinin qərarı ilə ölkədə nazirliklərin sayı 21-dən 19-a qədər azaldılıb. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, İranın Məskən və Şəhərsalma Nazirliyi ilə Yol və Nəqliyyat Nazirliyi, Sənaye Nazirliyi ilə Ticarət Nazirliyi birləşdirilib və iki yeni nazirlik yaradılıb. Nazirlər Kabinetinin qərarı ilə yeni nazirliklərin səlahiyyətləri və strukturu yaxın günlərdə müəyyənləşdiriləcək.

Nazirliklərin sayının azaldılması İranın beşinci beşillik İnkişaf Proqramı çərçivəsində həyata keçirilir. Bu proqramın icrasına bu ildən başlanılıb. İnkişaf Proqramına əsasən, ölkədə nazirliklərin sayı 17-dək azaldılacaq.

Bundan öncə İran Parlamenti Milli Gənclər Təşkilatı ilə Bədən Tərbiyəsi Nazirliyinin birləşdirilməsi və yeni Gənclər və İdman Nazirliyinin yaradılması barədə qanun layihəsi qəbul edib. Lakin dövlət indiyədək bu nazirliyi təsis etməyib.

Xəbər lenti

Xəbər lenti